media-55511f65-2479-4fe4-ad42-1c41aceb20e9

Bakıda Sahil parkı ərazisində avtomobil yanması hadisəsi baş verib. Hadisə 25 dekabr saat 01:35 radələrində qeydə alınıb.

Şahidlərin Patrul.az-a bildirdiyinə görə, sürücü nəqliyyat vasitəsini Sahil parkında park edib avtomobildən düşən kimi avtomobildə qəfil alışma baş verib. Alov qısa müddətdə sürətlə yayılaraq avtomobili tamamilə yararsız vəziyyətə salıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

 


Bənzər xəbərlər