Yasamalda zəncirvari qəza: 8 avtomobil ard-arda toqquşdu
Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar metrosuna gedən yolda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az-a daxil olan məlumata görə, avtobus dayanacağı istiqamətində ard-arda düzülən 8 avtomobil bir-biri ilə toqquşub.
Hadisə nəticəsində ikitərəfli yolun bir hissəsində sıxlıq yaranıb.
Qəza nəticəsində ölən və ya xəsarət alan barədə hələlik məlumat yoxdur.






