media-dd4e1ef1-b4fc-4dc5-a236-5dd69237c468

Son günlər sərnişinlər bildirirlər ki, ictimai nəqliyyatda bank kartı ilə etdikləri keçidə görə vəsaitin çıxılması barədə bildirişlər fərqli saatlarda gəlir və bu, çaşqınlıq yaradır.

Məsələ ilə bağlı “BakıKart”dan Patrul.az-a verilən açıqlamada bildirilib ki, ictimai nəqliyyatda bank kartı ilə ödənişlər xüsusi texniki sistem əsasında həyata keçirilir və bildirişlərin fərqli vaxtlarda gəlməsi normal hal hesab olunur.

Qeyd olunub ki, ictimai nəqliyyatda bank kartını oxutduqda keçid dərhal, təxminən 1 saniyə ərzində həyata keçirilir. Vəsait isə kartdan bir neçə saat və ya hətta bir neçə gün sonra çıxıla bilər. Bu, sistemin iş prinsipi ilə bağlıdır və normal hal sayılır. Vəsaitin çıxılması barədə bildiriş kartın aid olduğu bank tərəfindən göndərilir. Sistem elə qurulub ki, keçid sürətli və fasiləsiz təmin olunsun.

Həmçinin bildirilib ki, kartda kifayət qədər vəsait olmasa belə, ardıcıl iki dəfə keçid etmək mümkündür. Lakin bu, pulsuz xidmət deyil. Kart hesabına sonradan vəsait əlavə edildikdə istifadə olunmuş məbləğ avtomatik olaraq çıxılacaq.


Bənzər xəbərlər