Bakıya köçün qarşısını necə ala bilərik? - SOSİOLOQ DANIŞDI
Azərbaycan bir sıra kəndlərinin əhalisi demək olar ki, artıq iri şəhərlərə yerləşib. Xüsusilə də Bakıya axının şahidi oluruq. Kəndlərin böyük əksəriyyətində əmək qabiliyyətli şəxslər artıq azlıq təşkil edir.
Kəndlilərin şəhərə köçməsinin qarşısını almaq üçün nə etmək lazımdır?Hansı halda şəhərə köçmüş əhali geri qayıda bilər?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Patrul.az-a fikirlərini bölüşüb.
“Onun sözlərinə görə, bölgələrdə istehsal müəssisələri yaratmaq və iqtisadi fəallığı artırmaqla bu köçün qarşısını almaq mümkündür:
“Ucqar bir kənddə istehsal müəssisəsi yaradılsa və orada 300-500 şəxs işlə təmin olunsa, kim öz yurd-yuvasını qoyub şəhərə köçər? Heç kim. Hətta şəhərdə olanlar da kəndlərinə qayıdar. İnsanları bir yerə toplamağın ən vacib yolu iqtisadiyyat məsələsidir. İnsanlar harada dolanışıq yaxşıdırsa, oraya qaçırlar. Təşviq etmək, azad biznesi formalaşdırmaq, aşağı faizli kreditlər vermək, sahibkarlıq işini gücləndirmək kimi əsas məsələlər həll olunsa, Bakıya köç tempi azalacaq”.
Ləman Sərraf






