media-img-20260402-wa0051

Son dövrlərdə rəqəmsal ödənişlərin geniş yayılması ilə yanaşı, bank kartları vasitəsilə həyata keçirilən şübhəli köçürmələrin sayı da artmaqdadır. Xüsusilə vətəndaşların xəbəri olmadan hesablarından vəsait çıxılması və ya naməlum mənbələrdən daxil olan köçürmələr cəmiyyətdə ciddi narahatlıq yaradır. Bu kimi halların həm hüquqi, həm də təhlükəsizlik aspektləri isə bir çox suallar doğurur.

Belə vəziyyətdə vətəndaşlar hara müraciət etməlidir və ümumiyyətlə, bu cür hallarda dələduzluğun qurbanına çevrilmək riski nə dərəcədə realdır?

Bu barədə İT mütəxəssisi Natiq Məmişov Patrul.az-a açıqlamasında bildirib ki, əsas məsələ kart məlumatlarının təhlükəsizliyini qorumaq və şübhəli əməliyyat zamanı dərhal kartı bloklayaraq banka məlumat verməkdir:

media-img-20260402-wa0050

“Ümumilikdə, ilk olaraq bankın özünə məlumat vermək lazımdır. Kartı tətbiq vasitəsilə bloklamaq vacibdir. Digər addım isə, əgər məbləğ böyükdürsə, polisə müraciət etməkdir. Əsas məsələ kartın dərhal bloklanmasıdır.Kart məlumatlarının – son istifadə tarixi və CVV kodunun ələ keçirilməsi zamanı dələduzluq halları baş verə bilər. Bu, ən tipik üsullardan biridir.

Həmçinin telefona zərərli proqramların yoluxması nəticəsində tətbiq üzərindən icazəsiz giriş də mümkündür. Kart məlumatlarının sızması onlayn ödənişlər zamanı da baş verə bilər. Məsələn, rəsmi olmayan və etibarsız saytlarda ödəniş edərkən və ya kimliyi bəlli olmayan platformalara kart məlumatlarını daxil etdikdə bu risk daha da artır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər