media-photo-output

Banklardan kredit götürmək istəyən vətəndaşların qarşılaşdığı ən çox rast gəlinən məsələlərdən biri zaminlikdir. Lakin çox vaxt insanlar bu prosesdə kimlərin zamin ola biləcəyini və hansı kriteriyaların əsas götürüldüyünü dəqiq bilmirlər. Maraqlıdır, banklar vətəndaşları neçə yaşdan etibarən zamin kimi qəbul edir və zaminin kredit tarixçəsi bu qərara necə təsir göstərir?

Bu barədə vəkil Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, zamin yalnız tam fəaliyyət qabiliyyətli və maliyyə cəhətdən dayanıqlı şəxs ola bilər:

“Zaminlik müqaviləsi tam fəaliyyət qabiliyyətinə malik şəxslərlə bağlanılır. Təbii ki, bankın marağındadır ki, müəyyən gəliri olan şəxs ilə zaminlik müqaviləsi bağlasın, çünki əgər krediti götürən şəxs öhdəliyini yerinə yetirə bilməzsə, həmin öhdəlik zaminə yönəldilir. Buna görə də banklar istəyir ki, zaminin ödəmə qabiliyyəti yüksək səviyyədə olsun ki, kredit götürən şəxs öhdəliyini yerinə yetirmədiyi halda öhdəlik zaminə keçsin.”

Vəkil həmçinin vurğulayır ki, zamin öhdəliyi yerinə yetirmədikdə, bu, onun kredit tarixçəsinə mənfi təsir edir:

“Zaminin kredit tarixçəsinə gəldikdə isə, əgər zaminə qarşı öhdəlik yönəldilərsə və o, öhdəliyi yerinə yetirməz, ödənişləri gecikdirsə, bu, onun kredit tarixçəsinə mənfi təsir göstərir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər