media-img_5047

Sentyabrın 24-də Taylandın paytaxtı Banqkokun Dusit rayonu, Samsen küçəsində ciddi hadisə baş verib. Yolun bir hissəsi qəflətən çöküb, nəticədə bir neçə avtomobil dərinliyə sürüklənib, elektrik dirəkləri və su xətləri də sıradan çıxıb.

Patrulaz.az xəbər verir ki, hadisə yerindən yayılan videolarda diqqəti çəkən ən mühüm məqam isə kraterin kənarında ilişib qalan bir avtomobildir. Sosial şəbəkələrdə “şanslı maşın” adlandırılan həmin nəqliyyat vasitəsi tamamilə torpağa sürüşməyib və təhlükənin ortasında möcüzəvi şəkildə dayanmağı bacarıb.

Xoşbəxtlikdən, çökmə nəticəsində heç kim ölməyib və ciddi xəsarət alan olmayıb. Lakin polis bölməsinə yaxın ərazidəki tikililər və yeraltı strukturlar riskli zona elan olunub. Sakinlər və orada çalışan şəxslər təxliyə edilib.

Mütəxəssislərin ilkin açıqlamasına görə, çökmənin əsas səbəbi bölgədə aparılan yeraltı metro tüneli inşaatı və torpaq-su axınının yaratdığı boşluqlardır.

Tayland hakimiyyəti dərhal tədbirlərə başlayıb. Hazırda yolun çökməsinin genişlənməsinin qarşısını almaq və ərazini möhkəmləndirmək üçün işlər aparılır.


Bənzər xəbərlər