Barbieyə bənzəmək üçün 27 estetik əməliyyat keçirən bloger ölüb
Barbie görünüşünə sahib olmaq üçün 27 estetik əməliyyat keçirən braziliyalı sosial media fenomeni Barbara Jankavski həyatını itirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı blogerin meyiti 51 yaşlı hüquqşünasa məxsus evdə aşkarlanıb.
Polis araşdırması zamanı Jankavskinin kürək nahiyəsində xəsarətlər, həmçinin göz ətrafında yaralar müəyyən edilib.
Məlumata görə, o, son illər görünüşünü dəyişdirmək məqsədilə təxminən 42 min funt sterlinq (təqribən 86 min manat) vəsait xərcləyib.
Barbara Jankavski sosial şəbəkədə böyük izləyici kütləsinə – 55 mindən çox insana sahib olub. O, televiziya proqramlarında və reklam layihələrində tez-tez çıxış edən tanınmış simalardan biri sayılırdı.
Qeyd edək ki, bloger ölümündən bir həftə əvvəl son əməliyyatından sonra göz ətrafında yaranan qanlı və qaralmış görüntülərini paylaşaraq izləyicilərini şoka salıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir.
Gülbəniz Səfərova






