media-img_2377

Avstraliyanın Qərbi Goldfilds bölgəsində alimlər görünüşü ilə seçilən yeni arı növü aşkarlayıblar. “Megachile lucifer” adlandırılan bu növün ən diqqətçəkən xüsusiyyəti dişi arıların başında yerləşən və “buynuz”u xatırladan çıxıntılardır. Bu quruluşlar daha əvvəl heç bir arı növündə müşahidə olunmayıb.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, yeni növ nadir bir bitki üzərində aparılan araşdırmalar zamanı müəyyən edilib. DNT analizi arının mövcud arı növlərinin heç birinə uyğun gəlmədiyini və tamamilə yeni bir növ olduğunu təsdiqləyib.

Tədqiqatçılar bildirirlər ki, arının yaşadığı ərazi ekoloji baxımdan həssasdır. Mədənçilik fəaliyyəti, torpağın dəyişdirilməsi və iqlim təsirləri bu növün məskunlaşma sahəsini ciddi təhlükə altına sala bilər. Bu səbəbdən növün qorunmasına dair əlavə tədqiqatlar aparılır.

“Megachile lucifer”in davranış xüsusiyyətləri tam öyrənilməyib, lakin mütəxəssislər başdakı buynuzvari çıxıntıların yuva müdafiəsi və ya bitki tozu toplama prosesində rol oynaya biləcəyini ehtimal edirlər.

media-img_2378


Bənzər xəbərlər