Bayrağa hörmətsizlik edən şəxs SAXLANILDI - VİDEO
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Patrul.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 27 yaşlı Alim Qasımzadənin psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.







