media-inshot_20250924_233625597

Türkiyədə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Patrulaz.az “NTV”yə istinadla xəbər verir ki, Nevşehirdə ibtidai sinif şagirdi olan Eylül Sözerin nahar fasiləsində yediyi şirniyyat boğazında ilişib.

Uşağın digər sinif yoldaşları vəziyyəti görərək dərhal müəllimlərə məlumat veriblər. Müəllimlər isə ilk yardım ilə balaca şagirdi xilas etməyə çalışıblar.

Hadisə yerinə həkim briqadaları cəlb olunub və ilkin tibbi yardım göstərilib.

Vəziyyəti ağır olan Eylül Sözeri təcili yardımla xətəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

media-q1f6njjtmese1hobxr37zw

Gülbəniz Səfərova


Bənzər xəbərlər