Belarusiyanın xarici işlər naziri Suriyaya səfər edib
Belarusiyanın xarici işlər naziri Maksim Rıjenkovun Suriyaya səfər etdiyi və Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara tərəfindən qəbul edildiyi bildirilib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Rıjenkov və Şara arasında iki saat davam edən görüşdə Suriyanın yenidən qurulmasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı Suriyada avtobusların və kənd təsərrüfatı texnikalarının yığılması prosesinin təşkili və müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Rıjenkov 3 ay ərzində 50 avtobus istehsal edilərək Suriyaya hədiyyə ediləcəyini, suriyalı uşaqların sağlamlığı üçün humanitar yardım proqramlarını davam etdirməyə hazır olduqlarını bildirib.