Belçika ən köhnə nüvə reaktorunu bağlayıb
Belçikada ilk qurulan və 50 ildir fəaliyyət göstərən Doel 1 Nüvə Reaktoru bu gün həmişəlik bağlanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə enerji sektorunda fəaliyyət göstərən və atom elektrik stansiyalarını işlədən Engie Electrabel şirkəti tərəfindən verilən açıqlamada Antverpen şəhəri yaxınlığında yerləşən Doel Atom Elektrik Stansiyasının 1 nömrəli reaktorunun bu gün saat 21.45-də fəaliyyətinin dayandırılacağı bildirilib.
Belə ki, Belçikanın ən qədim nüvə reaktoru, tikintisi 1969-cu ildə başlanan və 1975-ci ildə fəaliyyətə başlayan “Doel 1” 50 ildən sonra elektrik şəbəkəsindən ayrılacaq.