media-inshot_20251006_142937869

Beyləqan rayonu, Birinci Şahsevən kəndində təhlükəli manevrləri ilə sakinlərin həyatını təhlükəyə atan “Lada (Vaz) 2115” markalı, 10 LV 741 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə DİN tərəfindən tədbir görülüb.

Patrulaz.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, avtoxuliqanlıq hərəkətləri edərək cəmiyyətdə haqlı narazılığa səbəb olan və vətəndaşların həyatına təhlükə yaradan sürücü Ramin Həziyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub və sənədlər baxılması üçün rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, Ramin Həziyev xüsusilə məktəblilərin dərsdən çıxdığı saatlarda avtomobili yüksək sürətlə idarə edərək, əl əyləcindən istifadə etməklə qəfil fırlanışlar edirdi. Bu isə uşaqların və digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyurdu.

Gülbəniz Səfərova


Bənzər xəbərlər