Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A.Zeynalov küçəsi, 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəssisələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Patrul.az xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qeyd olunur ki, fasiləyə səbəb Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində təmir-təftiş işlərinin aparılmasıdır.
İşlər başa çatdıqdan sonra sözügedən ərazinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacağı bildirilir.






