media-inshot_20251203_143723992

“Bir daha bildirirəm ki, bəli, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bizim vəzifəmiz isə bu sülhü möhkəmləndirməkdir”.

Patrul.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 3-də Milli Assambleyada 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı yekun çıxışında deyib.

Paşinyan çıxışı zamanı hər iki ölkə arasında görülən işləri nəzərə alaraq, əvvəlki aylarla müqayisədə sülh prosesinə daha nikbin yanaşdığını bildirib:

“Son hadisələri təhlil edərkən aşağıdakı məqamı qeyd etmək vacibdir: şərti desəm, Ermənistanla Azərbaycan arasında etimad bir millimetr artdıqda, bu, 10 santimetr əməli irəliləyişə səbəb olur. Bu sadə, şərti bir düstur kimi səslənir, amma bununla bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Demək istəyirəm ki, bu gün mən sülh perspektivlərinə, məsələn, 2025-ci il avqustun 15–20-nə nisbətən daha nikbin baxıram, baxmayaraq ki, həmin vaxt əvvəlkindən daha optimist idim”, – deyə baş nazir əlavə edib.

Paşinyan həmçinin bildirib ki, ötən gün Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri keçmiş Ermənistan prezidentləri ilə müzakirə aparmasına ehtiyac duymadan dərc edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər