Birləşmiş Millətlər Təşkilatı bu ay İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 6-sı uşaq olmaqla 34 fələstinlinin həyatını itirdiyini bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) İsrail ordusu və Fələstin torpaqlarını qəsb edən israillilərin İordan çayının qərb sahilində təşkil etdiyi hücumlarla bağlı yazılı açıqlama verib .

İsrail ordusunun bu ay İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 34 fələstinlinin həyatını itirdiyi bildirilib. Açıqlamada hücumlar nəticəsində həyatını itirən fələstinlilərdən 6-nın uşaq olduğu qeyd olunub.

İsrail ordusunun İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə 4 gündür davam edən hücumlarında 12 fələstinlinin öldüyü, 50 nəfərin isə yaralandığı qeyd edilib.

Bəyanatda fələstinlilərin torpaqlarını qəsb edən israillilərin də yer alıb.


Bənzər xəbərlər