media-inshot_20250926_221833816

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında Fransa Prezidenti Emmanuel Makron ilə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva arasında qeyri-adi anlar yaşanıb.

Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, qısa söhbət zamanı Braziliya Prezidenti  Makronu boynundan tutaraq bir müddət  saxlayıb və onunla yaxın məsafədən danışmağa başlayıb.

Hadisə zamanı Makron bir qədər təəccüblənsə də, vəziyyəti gülərək aradan qaldırmağa çalışıb.

Görüntülərdə hər iki liderin bu qeyri-adi qarşılıqlı münasibəti diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər