Boko Haram təşkilatı Nigeriyanın şimal-şərqindəki Borno əyalətində bir kəndə basqın edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, yerli təhlükəsizlik mənbələrindən verilən açıqlamada basqın zamanı açılan atəş nəticəsində ən azı 20 balıqçının həlak olduğu bildirilib. Hücumla bağlı səlahiyyətlilərdən rəsmi açıqlama verilməyib. 2009-cu ildən bəri Nigeriyanın şimalında baş verən zorakılıqlarda minlərlə insan həyatını itirib, milyonlarla insan isə didərgin düşüb.


Bənzər xəbərlər