“Bolt” taksi sürücüsündən sərnişinə qarşı təhqir iddiası - FOTO
Qaynar xəttimizə daxil olan şikayətə əsasən, vətəndaş “Bolt” onlayn taksi xidməti vasitəsilə mənzil başına çatmaq üçün taksi sifariş edib. Onun sözlərinə görə, sifariş təsdiqləndikdən sonra sürücü tərəfindən sifarişin ləğv edilməsi tələb olunub.
Şikayətçi Patrul.az-a bildirir ki, imtina etmədiyini dedikdən sonra sürücü tərəfindən təhqiramiz ifadələr işlədilib və daha sonra sifariş ləğv olunub.
Ümid edirik ki, aidiyyəti qurumlar və “Bolt” onlayn taksi şirkəti məsələni araşdıraraq müvafiq tədbirlər görəcəklər.







