media-inshot_20260421_163528171

Milli Məclisdə “Dövlət icra məmurları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə biləcək.

Bəs bu yeni səlahiyyətlərdən sui-istifadə hallarının qarşısını almaq üçün konkret hansı təminatlar olmalıdır? İcra sistemində korrupsiya riskləri bu yeni qaydalarla arta bilərmi?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlama verib.

O, bu dəyişikliyə əsasən, icra məmurlarının səlahiyyətlərinin nəzərəçarpacaq dərəcədə çox artırılmayacağını qeyd edib:

“Sadəcə elektron təşkilatlardan və digər yerlərdən məlumat ala, başqa əmlaka yönəldə bilər. Elə doğrusu da budur. Çünki borclunun istənilən əmlakı onun borcunun ödənilməsinə yönəldilə bilməlidir”.

media-inshot_20260421_163406731

İcra məmurlarının səlahiyyətlərindən sui-istifadəsi məsələsinə gəldikdə isə bu riskin mümkün olduğunu söyləyib:

“Amma bununla mübarizə aparmaq üçün onlara səlahiyyət verməmək də düzgün deyil. İcra məmularının maaşını yüksəltmək, təminatı artırmaq, onlar üzərində ictimai nəzarət sistemini tətbiq etmək lazımdır ki, belə hallar yaşanmasın. İcra məmurlarının borcu almaq üçün səlahiyyətləri az olması da həmin icra sənəndləri üzrə tələbkarlıq hüquqlarını qorumasına mane olur”.

Ləman Sərraf


Bənzər xəbərlər