"Bravo Prezident" - ABŞ konqresindən Tramp vasitəçiliyi ilə Azərbaycan - Ermənistan sülhünə DƏSTƏK
ABŞ Konqresinin üzvü, respublikaçı Co Uilson Prezident Donald Trampın Cənubi Qafqazda sülh təşəbbüslərini yüksək qiymətləndirib.
Patrulaz.az xəbər verir ki, Uilson bu barədə şəxsi “X” hesabında paylaşım edib. O, Trampın təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstək verildiyini bildirib:
“Təkcə Ermənistan və Azərbaycan arasında sülh gətirən deyil, eyni zamanda Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət daşıyan mühüm tranzit dəhlizini təmin edən böyük Sülhməramlı Prezident Donald Trampı təbrik edirik: Beynəlxalq Sülh və Rifah üçün Tramp Şossesi. Bravo!”
Qeyd edək ki, sabah ABŞ-də “TRIPP – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlı sülh sammiti keçiriləcək. Tədbir çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması gözlənilir:
Ermənistan və Azərbaycan arasında birgə sülh bəyannaməsi;
ATƏT-in Minsk Qrupundan çıxmaqla bağlı birgə məktub;
ABŞ-Ermənistan və ABŞ-Azərbaycan arasında ikitərəfli əməkdaşlıq üzrə Anlaşma Memorandumları.
Sammitin bölgədə sülh və sabitliyə töhfə verəcəyi gözlənilir.






