Bu bürclər əliaçıqlığı ilə ürəkləri fəth edir
Bürclər bir-birlərindən fərqli xüsusiyyətlərinə görə seçilirlər. Ancaq elə bürclər var ki, onlara məxsus olan və hər kəsdə rast gəlinməyən bir xüsusiyyət – xeyirxahlıq və əliaçıqlıq ilə ürəkləri fəth etməyi bacarırlar. Onlar üçün maddiyyat ön planda deyil, əsas olan sevgi, səmimiyyət və xoş münasibətlərdir.
Bəs görəsən, bu xüsusiyyətləri ilə seçilən bürclər hansılardır?
Patrulaz.az-ın məlumatına görə, xeyirxah və əliaçıq davranışları ilə seçilən bürclər sırasında Şir, Tərəzi, Balıqlar və Dolça yer alır.
Şir bürcü
Şir bürclər arasında ən ürəyiaçıq və paylaşmağı sevəndirlər. Bu bürcə sahib insanlar sevdikləri adam üçün həm maddi, həm də mənəvi dəstək verməyə hazırdırlar. Onlar sevdiklərinə hədiyyələr verməyi sevirlər. Onlar təkcə sevgidə deyil, dostluqda da əliaçıqlıq göstərirlər. Şir bürcü üçün pulun önəmi yoxdur, çünki onlar üçün ən önəmli şey sevginin verdiyi sərvətdir. Bütün bunlara görə, demək olar ki, şirlər bəd xərc də olurlar. Onlar həm də liderliklərini aldıqları hədiyyələrlə də göstərirlər. Yəni, əgər bir şir ad günüyə dəvət olunmuşdursa, ən bahalı və gözəl, dərin mənası olan hədiyyəni o almalıdır. Bununla onlar güclülüyünü nümayiş etdirmiş olurlar.
Tərəzi bürcü
Tərəzilər paylaşmağı ən çox sevən bürclər sırasındadır. Bu bürcə sahib olanların hissiyatı çox güclü olur. Onlar anlayışlı olduqları üçün başqalarının ehtiyaclarını hiss edib, yardımçı olmağa çalışırlar. Əliaçıqlıq baxımından tərəzi bürcündə olan insanlara “Yer üzünün mələkləri” demək olar. Çünki, onlar yaxşılıq edər, amma heç vaxt başa vurmas və bunun qarşılığını da gözləməz. Onlar üçün harmoniya yaratmaq önəmlidir və bu məqsədlə əllərindən gələni edirlər. Haqsızlığa heç vaxt boyun əyməyən bu bürcün düşmənlərinə belə ədalətsizlik olunubsa, dərhal haqq səsini qaldırar və müdafiə etməyə başlayarlar. Tərəzi bürcünün insanları çox vaxt bu xüsusiyyətlərinə görə, özlərini dərdə salırlar.
Balıq bürcü
Balıqlar çox duyğusal insanlardır. Kimin nə ehtiyacı olduğunu dərhal anlayır və köməklik göstərmək üçün könüllü olurlar. Onlar həm maddi, həm də mənəvi baxımdan əliaçıqdır. Balıqlar başqalarının yardımına heç vaxt “yox” deməzlər. “Dostla ağlayar, dostla gülər” ifadəsi bu bürcə məxsusdur. Sevgidə isə daha çox hissləri ilə hərəkət edər, qarşı tərəfin qəlbini qazanmaq üçün bütün risqləri gözə alarlar. Balıqlar başqalarını düşünməkdən çox vaxt özlərini unudurlar.
Dolça bürcü
Dolçalar cəmiyyət üçün çalışan, başqalarının rifahını düşünən bürcdür. Yardım kampaniyalarına qoşulmağı, ehtiyacı olanlara dəstək göstərməyi sevərlər. Onlar üçün kömək etmək vəzifə borcu kimi bir şeydir. Əgər bir dolça ilə kafeyə getmisinizsə, əlinizi cibinizə salmağa ehtiyac yoxdur. Dolçalar çox vaxt yardıma möhtac insanların axtarışında olurlar. Onlar hər zaman həm dosta, həm də sevdiyi adama maddi və mənəvi dəstək olmağa hazır vəziyyətdə olurlar. Etdikləri yaxşılıqlarla öyünməyən bu bürcün adamları səxavətlərinə görə, digər bürclərdən fərqlənirlər. Madiyyata önəm verər, amma kimsəni də madiyyatsız buraxmazlar.
Gülbəniz Səfərova