media-c0ad11f0-3319-42f7-a7e1-13bb8f6f2d9a

Bakı şəhəri, Bayıl qəsəbəsi, Cənub Dərə 15 ünvanında yerləşən sürüşmə zonasında yaşayan sakinlər ciddi problemlərlə üzləşdiklərini bildirirlər.

Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumatlara görə, ərazidə cəmi 10-11 ev qalıb və sakinlər uzun müddətdir təhlükəli şəraitdə yaşadıqlarını vurğulayırlar.
Vətəndaşların sözlərinə görə, əraziyə gedən yollar bərbad vəziyyətdədir. Avtomobilsiz hərəkət etmək mümkünsüzdür, piyada gedənlər isə palçıq yollardan istifadə etməyə məcbur olur. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Bununla yanaşı, ərazi rəsmi olaraq sürüşmə zonası elan edilib və burada yaşayış təhlükəli hesab olunur.
Ərazidə yaşayanlar bildirirlər ki, axşam saatlarında sahibsiz itlərin toplaşması sakinlər, xüsusilə də uşaqlar üçün böyük qorxu yaradır.
Sakinlərə ikinci mərhələdə köçürüləcəkləri vəd edilsə də, bu proses hələ də həyata keçirilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ərazidə monitorinq apararaq sürüşmə riskinin yüksək olduğunu təsdiqləyiblər.
Vətəndaşlar müvafiq qurumlardan ərazidəki yol infrastrukturunun yaxşılaşdırılmasını, sahibsiz itlərlə bağlı tədbirlərin görülməsini və köçürülmə prosesinin tezliklə həyata keçirilməsini xahiş edirlər.


Bənzər xəbərlər