media-inshot_20260429_185556365

“Azərbaycan nümayəndə heyətinin Ermənistana dünənki səfərinin məqsədi iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın fəaliyyətini davam etdirməkdən ibarətdir”.

Bu fikirlər mövzu ilə bağlı Patrul.az-a şərh edən Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsusdur.

O bildirib ki, görüş çərçivəsində sərhədlərin müəyyənləşdirilməsi üçün atılmalı olan növbəti addımların protokolu müzakirə olunub:

“Bu görüşlərin davam etməsi hər iki tərəfin maraqlarını təmin edir və qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesini daha da gücləndirir. Getdikcə proses daha çox geri dönməz xarakter alır. Doğrudur, Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində belə bir görüşün keçirilməsi Paşinyan hakimiyyətinə qarşı mübarizə aparan revanşist qüvvələri qıcıqlandırır və onlar bu görüşləri az qala Ermənistanın öz dövlətçiliyini itirmək təhlükəsi kimi qələmə verirlər. Beləliklə, Ermənistan müxalifəti bu kimi müsbət xarakterli hadisəni siyasi manipulyasiya predmetinə çevirməyə çalışır”.

media-inshot_20260430_115938265

Millət vəkilinin sözlərinə görə, həqiqət ondan ibarətdir ki, bu görüşlərin baş tutması və müvafiq razılaşmaların əldə edilməsi əslində tərəflər arasında etimad yaradıcılığna xidmət edir və nəticə etibarilə Ermənistanın öz sərhədləri daxilində suverenliyini möhkəmləndirir:

“Paşinyan höküməti də məhz bu arqumentləri önə çəkərək belə görüşləri Azərbaycanla Ermənistan arasında sülhü möhkəmləndirən vacib amil kimi təqdim edir. Düşünürəm ki, işçi qaydada keçirilən belə görüşlər hər iki tərəf üçün faydalıdır və Ermənistanda keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq gələcəkdə də davam etdiriləcək”.

Ləman Sərraf


Bənzər xəbərlər