Bu il 59 uşaq müəssisədən bioloji ailəsinə qaytarılıb
Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb.
Patrul.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır.
“Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır”, – məlumatda vurğulanıb.






