media-inshot_20250930_210243053

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünyanın ən böyük binası olmağı hədəfləyən Mukaab layihəsinin tikintisi davam edir.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, 400 metr hündürlüyündə olacaq nəhəng tikili iki milyon kvadratmetr sahəni əhatə edəcək. Burada 500 otaqlı otellə yanaşı, geniş ticarət, mədəniyyət və əyləncə mərkəzləri də fəaliyyət göstərəcək.

Məlumata görə, artıq layihə çərçivəsində aparılan qazıntı işlərinin 86 faizi tamamlanıb. Bu müddətdə 10 milyon kubmetr torpaq köçürülüb ki, bu da təxminən 4 min olimpiya ölçülü üzgüçülük hovuzuna bərabərdir.

Unikal strukturun daxilində 20 göydələni saxlaya biləcək spiral qüllə də nəzərdə tutulur.

Layihənin baş direktoru Maykl Daykının sözlərinə görə, tikintinin ilk mərhələsinin 2030-cu ildə başa çatdırılması planlaşdırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər