media-photo_261348

Avstraliyada 16 yaşdan kiçik istifadəçilərin bir sıra sosial media platformalarına daxil olması qadağan edilib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, qadağan olunmuş platformalara Facebook, Snapchat, TikTok və YouTube daxildir.

Həmçinin Grant, WhatsApp, Reddit, Twitch, Roblox, Pinterest, Lego Play, Kick və Steam-in də qadağan siyahısına daxil olub-olmaması müzakirə olunur.

Səlahiyyətlilər bildirib ki, ilkin olaraq ən çox istifadəçisi olan və zərər riski yüksək hesab edilən platformalara diqqət yetiriləcək.

Qeyd edək ki, Avstraliya bu qadağanla dünyada 16 yaşdan kiçik istifadəçilər üçün sosial mediadan istifadəni məhdudlaşdıran ilk ölkə olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər