media-inshot_20251021_131054218

Yaponiyada baş nazir vəzifəsinə ilk dəfə qadın seçilib.

Patrulaz.az xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiyada Liberal Demokrat Partiyasının (LDP) liderlik seçkilərində qalib gələn Takaichi Sanae ölkənin ilk qadın baş naziri olub.

Parlamentdə keçirilən səsvermədə Takaichi 237 səs toplayaraq qalib gəlib. Rəqibi, Konstitusiya Demokratik Partiyasının (CDP) lideri Noda Yoşihiko isə 149 səs alıb.

Qeyd edək ki, Yaponiyanın əvvəlki Baş Naziri Şiqeru İşiba rəhbərlik etdiyi Nazirlər Kabineti yeni baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsvermədən əvvəl istefa verib.


Bənzər xəbərlər