Bu ölkədə kök olmayan qadınlar evlənə bilməz - FOTOLAR
Qərbi Afrikada yerləşən Mavritaniyada qadınların kök olmadan evlənə bilməməsi kimi qeyri-adi bir ənənə mövcuddur.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ənənə, ölkədə “Leblouh” adlandırılır və qadınların artıq çəki sahibi olmalarını gözəllik və sosial status göstəricisi hesab edir.
Məlumata görə, bu ölkədə uşaqlıqdan etibarən gənc qızlar gündə 16.000 kaloriyə qədər qida qəbul etməyə məcbur edilirlər. Evli qadınlar əsasən keçi südü, zeytun yağı ilə hazırlanmış çörək, kuskus və keçi əti ilə qidalanırlar, bəzən isə gün ərzində iki dəfə nahar edirlər.
Leblouh ənənəsi, əsasən ölkədəki yoxsulluq və sosial status anlayışı ilə bağlıdır. İnanclara görə, kök qadın zəngin və yaxşı qidalanan bir ailəyə mənsub olduğunu göstərir. Arıq qızların ailələri üçün bu, utanc və sosial təzyiq mənbəyinə çevrilir.
Təəssüf ki, bu ənənənin qorunması üçün qızlar bəzən zorla qidalandırılır və onların həyatı ciddi şəkildə çətinləşdirilir. Beləliklə, Leblouh Mavritaniyada qadınlara yönəlmiş sosial təzyiqin simvolu olaraq qalır və çoxları tərəfindən biabırçılıq hesab edilir.








