Bu ölkədə quş qripi səbəbindən 500 min heyvan məhv edildi
Almaniyanın Brandenburq əyalətində “H5N1” quş qripi ölkə ərazisində yayılaraq geniş təsir göstərib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyada 30-dan çox fermada toyuq, ördək, qaz və hinduşka kəsilib və məhv edilən heyvanların sayı 500 mini ötüb.
Əyalətlər üzrə son statistikaya görə, quş qripi Aşağı Saksoniyada 8, Meklenburq-Ön Pommern ştatında 6, Brandenburqda 5, Türingiyada 4, Şimali Reyn-Vestfaliyada 2, Baden-Vürtemberq və Bavariyada isə hər birində 1 fermada aşkar edilib.
Ölkə üzrə aparılan araşdırmalar çöl quşları arasında 73 yeni yoluxma halını təsdiqləyib. Mütəxəssislər virusa yoluxma hallarının gələcəkdə artacağını bildirirlər.






