Bu Prezident BMT-dəki çıxışını yəhudilərə məxsus sözlə bitirdi
İndoneziyanın Prezidenti Prabowo Subianto Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı ilə diqqət çəkib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 240 milyon müsəlman əhalisi olan ölkənin lideri əvvəlcə Qəzzadakı vəziyyətə toxunaraq beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıb.
“Bu gün Qəzzada hələ də gözümüzün önündə fəlakətli vəziyyət hökm sürür. Günahsız insanlar imdad çağırır. Onlar xilas üçün fəryad edirlər. Onları kim xilas edəcək? Buradakı günahsız qadınları kim xilas edəcək? Biz milyonlarla qadını kim xilas edəcək? Onların bədənlərinə sağalmaz ziyan vurulur”, – deyə Subianto bildirib.
Daha sonra prezident ziddiyyətli görünən açıqlama ilə İsrailin təhlükəsizliyinə zəmanət verilməsinin əsl sülh üçün vacib olduğunu vurğulayıb:
“Əsl sülh üçün İsrailin təhlükəsizliyinə zəmanət verilməlidir”, – deyən Subianto çıxışını ivrit dilində (Yəhudi dili) sülh mənasını verən “Şalom” sözü ilə yekunlaşdırıb.







