media-2025070720490207

Mətbəxdə istifadə etdiyimiz ən faydalı cihazlardan biri olan blender, istər yemək, istər şirniyyat, istərsə də “smoothie” kimi içkilər hazırlayarkən bizə həm vaxt qazandırır, həm də işi asanlaşdırır. Lakin blenderdən istifadə edərkən diqqət yetirilməli olan bir sıra vacib məqamlar var. Bəzi qidalar blenderin bıçaqlarına və mühərrikinə ciddi ziyan vura bilər.

Patrulaz.az blenderə qoyulmaması tövsiyə olunan qidalar və düzgün istifadə ilə bağlı bir neçə faydalı ipucu təqdim edir:

Donmuş və bərk qidalar

media-dondurulmus-qidalar

Donmuş tərəvəz və meyvələrin birbaşa blenderə qoyulması bıçaqları köreldir, hətta qopara bilər. Bundan əlavə, blenderin mühərrikinə həddindən artıq yük düşür və bu, cihazın yanma təhlükəsinə səbəb ola bilər. Donmuş məhsulları əvvəlcə bir qədər əridib, sonra istifadə etmək tövsiyə olunur.

Çiy paxlalılar

media-inshot_20250707_202804306

Noxud, mərcimək və kartof kimi sərt paxlalı bitkiləri bişirmədən və ya islatmadan blenderdən keçirmək, bıçaqlara zərər verir. Bu cür istifadənin təkrarlanması blenderin zamanla funksiyasını itirməsinə səbəb olur.

Sümüklü və sinirli ətlər

media-inshot_20250707_203615511

Blenderdə qiymə və ya başqa məqsədlərlə ət çəkmək istədikdə, xüsusilə sümük qalıqları və sinirli hissələr varsa, bu, bıçaqların zədələnməsinə və hətta sınmasına yol aça bilər. Ətin tərkibində sümük olmamasına və sinirli olmamasına diqqət edin, əks halda mühərrik yanması riski artar.

İsti mayelər

media-inshot_20250707_204136164

Yeni bişmiş şorba, qaynar süd kimi çox isti mayelər blenderə töküldükdə, içəridə yaranan buxar təzyiqi nəticəsində qapaq partlaya bilər. Həmçinin bu, cihazın mühərrikinə də zərər verə bilər. Belə mayeləri bir qədər soyudub, sonra blenderə əlavə etmək məsləhətdir.

Qatı qarışıqlar

media-inshot_20250707_204411134

Fıstıq əzməsi, xurma, bəhməz və ya tahin kimi qatı və yapışqan qidalar, blenderin bıçaqlarının rahat fırlanmasına mane olur. Bu isə cihazın həddindən artıq qızmasına və nasazlıq verməsinə səbəb ola bilər. Bu cür qarışıqları xüsusi qida prosessorlarında hazırlamaq daha uyğundur.

Ləman Sərraf


Bənzər xəbərlər