Əhmədli ərazisində yerləşən “Coffemania” restoranına gələn qonaqların park etdiyi avtomobillər yolu zəbt etdiyi üçün tıxaca səbəb olurlar.

Patrulaz.az-ın məlumatına görə, yoldan istifadə edən sürücülər haqlı olaraq bu vəziyyət ilə bağlı narazılıqlarını dilə gətiriblər. Qaynar xəttimizə göndərilən görüntüdən də sözügedən yoldakı tıxac və səbəbkarlar müşahidə olunur.
Onu da qeyd edək ki, həmin ərazidə “dayanma və durma” nişanları olmasına baxmayaraq, buna əhəmiyyət verilmir. Görünür, cərimənin məbləği azlıq təşkil edir.


Bənzər xəbərlər