Bakı şəhəri, Nizami rayonu, Məhəmməd Şərifli küçəsi 2A ünvanının həyətində avtomobil parklanmasına görə iki qonşu arasında mübahisə yaranıb və istəyinə nail ola bilməyən qonşulardan biri davamlı olaraq qərəzli hərəkətlər nümayiş etdirir.

Patrulaz.az-a daxil olan məlumatda bildirilir ki, 99-TR-635 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Müseyib adlı şəxs, yuxarıda qeyd etdiyimiz ünvanın həyətyanı sahəsində müəyyən bir hissəni mənimsəyib və özündən başqa heç kimə orada avtomobil saxlamağa imkan vermir. Əgər kimsə bilərək, ya da bilməyərək avtomobilini həmin hissədə park edərsə, Müseyib adlı şəxs bir növ öz üsulları ilə sürücüləri cəzalandırır. Yəni o, öz avtomobili ilə digərinin önünü kəsərək hərəkətinə mane olur.

Bir neçə dəfə eyni halla rastlaşan 99-ND-583 Dövlət Qeydiyyat Nişanlı avtomobilin sahibi, bu özbaşınalığa etiraz etsə də onun heç bir iradına məhəl qoymayan qonşu Müseyib hələ də öz əməlinə davam edir.

Bu özbaşınalıqdan zara gələn izləyicimiz “Patrul.az” vasitəsi ilə Daxili İşlər Nazirliyindən ona kömək etmələrini və bu məsələyə bir son verilməsini xahiş edir.


Bənzər xəbərlər