media-img_7885

Rusiyada çaylarda buzların əriməsi nəticəsində yaşayış məntəqələrini su basıb, 275 nəfər təxliyə edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ural dağlarında yerləşən Çelyabinsk vilayətində havanın temperaturunun mövsümi normadan artıq olması nəticəsində çaylarda buzlar əriyib. Suyun səviyyəsinin qalxdığı çayların daşması nəticəsində daşqınlar baş verib, Aşa şəhəri su altında qalıb. Fövqəladə Hallar Nazirliyi 68-i uşaq olmaqla 275 nəfərin təxliyə edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi Sim çayında daşqınların qarşısını almaq üçün işə başlayıb.


Bənzər xəbərlər