media-4fed212a-68f5-4f2a-ac4c-6b89bc0574a3

Nigeriyanın Lagos şəhərində inşası davam edən çoxmərtəbəli bina uçub.

Patrulaz.az TASS-a istinadən xəbər verir ki, binanın uçması nəticəsində çox sayda insan həyatını itirib.

Sözügedən bina Ojudu vilayətində yerləşirdi.

Hadisə şahidlərinin sözlərinə görə, uçqun zamanı çoxlu sayda fəhlə və təsadüfi keçən insanlar dağıntıların altında qalıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Məlumata görə, hələ tamamlanmamış binanın birinci mərtəbəsində şəhər sakinləri arasında məşhur olan bir restoran fəaliyyət göstərirdi.

Uçqun baş verən anda restoranda insanlar olub.

Hazırda ölən və yaralananların dəqiq sayı açıqlanmayıb, lakin bəzi nəşrlər azı 20 nəfərin həyatını itirdiyini yazır.

Ləman Sərraf


Bənzər xəbərlər