media-aba83737-ee4d-4ded-a3e2-be5bd065f98a

Müğənni Kəmalə Günəşli “Ceyranım” mahnısı ilə yenidən gündəmə gəlib. İnandırım sizi, ötən əsrdən bu günə qədər ceyrana həsr olunmuş yüzlərlə şeir və mahnı arasında, deyərdim ki, Kəmalənin ifasını eşidəndə heyrətdən gözü kəlləsinə çıxanlar, əsəbdən dilini-dodağını gəmirənlər az olmayıb. Elə bil bu xanımın Azərbaycan musiqisi bir yana, cəmiyyətlə də ədavəti var.

Ay xanım, saymamazlıq olmasın, amma bu artıq pik həddir. Siz bu mahnını ifa edəndə kimi düşünürdünüz? TikTok platformasında canlı yayım zamanı demisiniz ki, mahnını məhz Velizar üçün təqdim etmisiniz. Amma təəssüf ki, mahnı virus kimi sosial şəbəkələrdə yayılıb. Nəzərinizə çatdıraq ki, sürətlə yayılsa da, özünə hörmət edən insanlarda böyük ikrah və narazılıq yaradıb.

TikTok platformasında da, maşallah, açıq-saçıq geyimlərlə elə hərəkətlər edirsiniz ki, adam çaşıb qalır. Rəqsləriniz isə ümumiyyətlə başqa aləmdir. Mahnı oxuyarkən açıq-saçıq geyimləriniz və hərəkətlərinizlə sanki özünüzü göydən yerə vurursunuz. Necə ki, ifalarınızla musiqimizi də zədələdiyiniz düşünülür.

Yəqin ki, xəbəriniz yoxdur. Əgər yoxdursa, bildirək: açıq-saçıq geyim və davranışlarla bağlı Azərbaycan qanunvericiliyində müəyyən qaydalar mövcuddur. Həmin qaydalara əsasən, inzibati məsuliyyət və cərimə tətbiq oluna bilər. Sizə bir tövsiyə: cəmiyyətin əsəbləri ilə oynamayın.

Görünür, “Ceyranım” mahnısı ilə diqqət çəkmək istəyi gözlənildiyi kimi qarşılanmadı, əksinə, ciddi narazılıq doğurdu. İndi isə həm ictimai reaksiyanı, həm də səsləndirilən tənqidləri nəzərə alaraq düzgün nəticə çıxarmaq və vəziyyətə adekvat yanaşmaq qarşı tərəfin üzərinə düşür.


Bənzər xəbərlər