media-inshot_20251028_104532264

Ukraynanın Kiyev vilayətində, Pripyat şəhərinin yaxınlığında yerləşən Çernobıl zonasında qeyri-adi mənzərə müşahidə edilib.

Patrulaz.az “Daily Mail”ə istinadla xəbər verir ki, bölgəyə səfər edən insanlar sarı-mavi rəngli itlərlə qarşılaşıblar. Bu heyvanların radiasiyaya məruz qaldığı ehtimal edilir.

Maraqlıdır ki, itlər aktiv və sağlam görünüblər. Onların rənginin dəyişməsinə kimyəvi maddələrə məruz qalma səbəb ola bilər. Bununla belə, bəzi tədqiqatçılar “Çernobıl mutasiyası” ehtimalını da istisna etmirlər. Eyni zamanda, mütəxəssislər bildirirlər ki, həmin itlər radiasiyaya qarşı daha davamlı ola bilərlər.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış nəticəsində böyük miqdarda radioaktiv maddə atmosferə yayılıb. Bu maddələr canlıların DNT-sinə təsir göstərərək genetik mutasiyalara yol açıb. Buna görə də həmin ərazidə qəribə görünüşlü heyvanlara rast gəlinməsi artıq təəccüblü sayılmır.

Hazırda Çernobıl ətrafında təxminən 30 kilometrlik “qadağan zonası” yaradılıb. Əraziyə yalnız tədqiqatçılar və xüsusi icazə almış turistlər daxil ola bilirlər.


Bənzər xəbərlər