media-photo-output

Xaricdə işləmək məqsədilə işə düzəltmə şirkətinə müraciət edən Allahverdi Mehdizadə Patrul.az redaksiyasına müraciət edib.

Şikayətçi bildirib ki, xaricdə işləmək üçün “Davidov” işə düzəltmə şirkətinə müraciət edib və 1600 AZN pul ödəyib. Onun sözlərinə görə, bu hal ilə 20-yə yaxın vətəndaş da rastlaşıb. Lakin Allahverdi Mehdizadə dünən aldadıldığını anlayaraq aidiyyəti orqanlara şikayət edib.

Məsələ ilə bağlı adı çəkilən şirkətin rəhbəri Elməddin Əliyev ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimiz cavabsız qalıb.

Ümid edirik ki, zərərçəkənlər ödədikləri vəsaiti geri ala biləcək və məsələ tezliklə öz həllini tapacaq.


Bənzər xəbərlər