“Davos İqtisadi Forumu dünyada ən mötəbər dialoq, mübadilə platformalarından biridir. Təsadüfi deyil ki, hər dəfə foruma siyasi-intellektual elita nümayəndələrinin axını olur. Forumun əsas məqsədi ən aktual məsələlərin nəzərdən keçirilməsi və yeni ideyaların üzə çıxarılmasıdır. Bu zəmində də anti-böhran proqramları üzərində işləyən bütün beyin mərkəzlərinin nümayəndələrinin müzakirələri baş tutur. Bu il də forumda 60-dan dövlət və hökumət başçısı, həmçinin 3000 nəfərə yaxın alim, texnoloq və innovativ düşüncə sahibləri iştirak edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, forumun çağırışları düzgün qiymətləndirilir: “Davos İqtisadi Forumunda Azərbaycana çox böyük maraq var və hər zamanki kimi iştirakçılar Azərbaycan Prezidenti ilə görüş üçün növbəyə düzülürlər. Azərbaycan bir neçə istiqamətdə sözün əsl mənasında örnəklər irəli sürür və göstərir ki, ölkə hüdudlarında çox fəal proseslər davam edir, hər il iqtisadi zəmində inkişaf qeydə alınır. Bütövlükdə isə Davos İqtisadi Forumunda iştirak özünü doğruldur”.


Bənzər xəbərlər