media-screenshot_20250924_132146_gallery

Tailandın Bankok şəhərində ən böyük xəstəxanalarından biri olan “Wajira” yaxınlığında yol çöküb.

Patrulaz.az xəbər verir ki, “SHOT” teleqram kanalında yayılan görüntüyə əsasən xəbər verir ki, hadisə bu gün səhər yerli vaxtla Dusit rayonunda baş verib.

Buna səbəb torpağın altında yerləşən kanalzasiya borularındakı suların axması və asfalt parçasını yumşaltması olub. Hadisə nəticəsində yol çökərəl dərinliyi 50 metrdən çox olan nəhəng çuxur əmələ gətirib.

Dəhşətli görüntülərdə yolun çökməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətdə olması ətrafdakılarda təşviş yaradıb.

Qeyd edək ki, çökmə “Wajira” Xəstəxanasının sabitliyi üçün risk yarada bilər. Hadisə ilə bağlı araşdırma aparılır.


Bənzər xəbərlər