media-sosial-sebekeler-740x403

Bir dəfə internetə yüklənən məlumatın tamamilə yox olması həqiqətən mümkündürmü? Sosial şəbəkələrdə paylaşılan şəkillər, şəxsi məlumatlar və digər rəqəmsal izlər silinsə belə, onların sistemlərdə və ya başqa mənbələrdə qalması ilə bağlı suallar tez-tez müzakirə olunur.Bəs internetdə paylaşdığımız şəxsi məlumatları və rəqəmsal izlərimizi tamamilə silmək mümkündürmü, yoxsa onlar uzun müddət sistemlərdə qalır? 

Bu mövzu ilə bağlı Patrul.az-ın sualını texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, “‘Delete’ düyməsinə basmaq məlumatın tam yox olması demək deyil, çünki o, internetdə müxtəlif serverlərdə, ehtiyat nüsxələrdə və digər istifadəçilərin cihazlarında qalmağa davam edə bilər:

“İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri delete düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində internet belə işləmir. Bir məlumat internetə düşdükdən sonra 0 təkcə sizin profilinizdə yox müxtəlif serverlərdə, ehtiyat nüsxələrdə, axtarış sistemlərində və bəzən digər istifadəçilərin cihazlarında da qala bilir. Bu gün insanların çoxu sosial şəbəkədə paylaşdığı şəkli və ya yazını sildikdə məsələnin bitdiyini düşünür. Halbuki həmin məlumat artıq başqa şəxslər tərəfindən paylaşılmış, kopyalanmış və ya arxivləşdirilmiş ola bilər. Bəzi hallarda məlumatın özü silinsə də, onunla bağlı müəyyən texniki qeydlər və ya metadata sistemlərdə qalmağa davam edir”.

media-media-media-img-20260522-wa0021-nhkx0p-b2rv6h

E. Həsənov qeyd edir ki,internetdə paylaşılan məlumatı sonradan tam silmək, minlərlə insanın eşitdiyi sözü hamının yaddaşından silməyə çalışmaq kimidir – buna görə paylaşmazdan əvvəl iki dəfə düşünmək vacibdir:

“Təbii ki, insanlar internetdə iz qoyduqlarını çox vaxt hiss etmirlər. Hər dəfə tətbiqə daxil olmaq, hansısa saytı ziyarət etmək, qeydiyyatdan keçmək, şəkil paylaşmaq və ya hətta bir məhsula baxmaq belə müəyyən rəqəmsal iz yaradır. Bu məlumatların bir hissəsi istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün toplansa da, zamanla böyük məlumat bazalarına çevrilə bilir. Yəni lori dildə desək biz otaqda söz danışırıq və sonra o sözü geri almaq istəyirik ki sanki belə söz deməmişik. 1-2 nəfər arasında olan sözü geri ala bilərik, amma minlərlə insanın eşitdiyi sözü sonradan hamının yaddaşından silmək mümkün deyil. Bu səbəbdən mən həmişə insanlara tövsiyə edirəm ki, məlumat paylaşmazdan əvvəl onu silməyin nə qədər çətin olacağını düşünsünlər. Xüsusilə şəxsiyyət vəsiqəsi məlumatları, biometrik məlumatlar, şəxsi sənədlər, ailə şəkilləri və maliyyə məlumatları internetdə paylaşılarkən daha diqqətli olmaq lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər