media-b_1462021mrr1v9iy3lv4kphu2sen3vzmv

Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Franda Prezidenti Emmanuel Makron arasında maraqlı görüş baş tutub.

Patrulaz.az sosial şəbəkələrdə yayılan videoya əsasən xəbər verir ki, hər iki lider Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə səfər edib.

Liderlərin təkbətək görüşü zamanı isə tərəflər arasında diqqətçəkən dialoq baş tutub. Belə ki, Ərdoğan tərcüməçi vasitəsilə Makrondan halının necə olduğunu soruşub, Fransa prezidenti isə cavabında yaxşı olduğunu bildirib. Daha sonra tərcüməçiyə müraciət edən Ərdoğan Makon haqda zarafatla “demək ki, yaxşı olduğu vaxtlar da olurmuş” sözünü deyib.

Daha sonra görüşdə liderlər Türkiyə-Fransa ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Ərdoğan görüş zamanı ticarət, enerji və müdafiə sənayesi daxil olmaqla əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Türkiyə prezidenti həmçinin Makronu Fələstini dövlət kimi tanıması münasibətilə təbrik edib və iki dövlətli həll prosesində Netanyahu rəhbərliyinə beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, görüşdə Türkiyədən xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın, Fransadan isə Avropa və Xarici İşlər naziri Jan Noel Barrot iştirak edib.

Həmim dialoqu təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər