media-img-20250923-wa0035

“Bu gün BMT görüşləri və tədbirləri keçirilir. 80-ci sessiya önəm daşıyan bir sessiyadır. Bu gün ümumiyyətlə dünyamızda çox ciddi proseslər gedir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə Londonda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, BMT Baş Assambleyasının 80-ci sessiyasında dünyanı narahat edən əsas mövzular müzakirə ediləcək:

“Təəssüf ki, BMT-nin fəaliyyətində, BMT-də qəbul etdiyi qətnamələr hər zaman yerinə yetirilmir. Bu gün məsələnin mahiyyəti ondadır ki, dünyamızda çox ağır və mürəkkəb bir dövrdən söhbət gedir. Bu gün demək olar ki, getdikcə müharibələrin sayının artdığını görürük. Daha çox müharibə, daha çox qarşıdurma; getdikcə bu tendensiya artır. Bu Assambleya görüşündə də dünyamızı narahat edən məsələlərlə bağlı müzakirələr aparılacaq, yəni Rusiya–Ukrayna münaqişəsi, dünyada narahatlıq yaradan digər məsələr.

C.Məmmədovun fikrincə, BMT Baş Assambleyasının 80-ci sessiyasında ən vacib müzakirə olunacaq məsələlərdən biri Azərbaycan–Ermənistan münasibətləri və sülh müqaviləsidir:

“Bizi düşündürən digər məsələ isə Azərbaycan–Ermənistan arasındakı münasibətlər və sülh müqaviləsidir. Hesab edirəm, ən çox müzakirə olunacaq və olunmalı məsələlərdən biri budur və bu istiqamətdə rəsmi görüşlər keçirilir. Yəni, cənab Prezidentin səfərində ABŞ-ın tanınmış şirkətləri ilə də görüşlərin keçirildiyini görürük. Hesab edirəm ki, hətta iqtisadi qarşılıqlı əlaqələrdə də öz töhfəsini verəcək”.

Cəmilə Cəfərzadə 


Bənzər xəbərlər