media-inshot_20251201_210055804

“Bugün Azərbaycan xalqı üçün böyük tarixi və milli əhəmiyyətə malik gündür – Laçın rayonunun işğaldan azad olunmasının 5-ci ildönümüdür. 2020-ci ildə Vətən müharibəsi nəticəsində əldə edilən möhtəşəm zəfər, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli liderliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün oldu. Bu qələbə təkcə hərbi uğur deyil, həm də Azərbaycan xalqının iradəsinin, birliyinin və milli ruhunun təntənəsidir”.

Bu sözləri millət vəkili Ceyhun Məmmədov Patrul.az-a Laçının azad olunmasının 5 illiyi barədə şərh edərkən deyib.

Deputat vurğulayıb ki, Laçın rayonunun azad olunması ilə Azərbaycan öz suverenliyini bərpa etdi, tarixi ədalət bərpa olundu:

“İşğal dövründə düşmən tərəfindən tamamilə dağıdılan infrastruktur, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları viran qoyulmuşdu. Amma ötən 5 il ərzində Laçın bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparıldı. Bugün Laçında müasir Laçın Beynəlxalq Hava Limanı fəaliyyətə başlayıb, yeni məktəblər, səhiyyə müəssisələri, sosial və ictimai obyektlər inşa olunub, yol-nəqliyyat infrastrukturu bərpa olunub, Laçın şəhəri və kəndlərə köç prosesi sürətlə davam edir, sakinlər öz doğma yurdlarına qayıdırlar”.

media-img-20251201-wa0127

Ceyhun Məmmədovun sözlərinə görə, bu dəyişikliklər yalnız maddi deyil, həm də mənəvi baxımdan çox önəmlidir:

“Çünki bu torpaqlar təkcə ərazi deyil, həm də xalqımızın tarixi, kimliyi və milli qürurudur.

Bu uğurlar, eyni zamanda, Azərbaycanın dövlət quruculuğu yolunda nə qədər güclü, iradəli və planlı şəkildə hərəkət etdiyini sübut edir. Bu gün Laçın təkcə azad olunmuş bir rayon deyil, o, həm də yenidən dirçələn, müasir Azərbaycan dövlətinin simvoluna çevrilmiş ərazidir.

Laçının azadlığı təkcə keçmişin deyil, həm də gələcəyin zəfəridir. Bu zəfər, xalqımızın həm şanlı tarixidir, həm də gələcək nəsillərə əmanət olan qürur mənbəyidir”.

Ləman Sərraf


Bənzər xəbərlər