“Din hər hansı peşə deyil” – DİN XADİMİ
“Dünya müxtəlif peşələr sadalayərkən dini də ora əlavə etmək düzgün deyil. Din hər hansı peşə deyil”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, din insanın insanlığına nəzarəti öz öhdəsinə götürüb: “Din insanlığa nəzarətdir və insanlığa aid hər şey dinə aiddir. Dini başa düşməyən və ya başa düşmək istəməməkdə israrlı olanların fikrinə görə, dinin müdaxiləsi sual doğurur. İnsana aid hər şey dinə də aiddir.
Azərbaycan dünyəvi dövlətdir və bütün sahələr qanunvericiliklə əhatə olunub. Amma dini baxımdan yanaşma da fərqlidir və din bütün sahələrə müdaxilə edə bilir”.






