Donald Tusk: "Polşa hava məkanını pozan obyektləri vuracayıq"
“Polşa hava məkanını pozan obyektlər vurulacaq”.
Patrulaz.az “UNN”ə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk bildirib.
O qeyd edib ki, NATO üzvü olan Polşa hava məkanını pozan və təhlükə yaradan obyektləri vurmaqdan çəkinməyəcək, lakin daha az aşkar hallarda ehtiyatlı davranacaq:
“Uçan obyektlər ərazimizi pozduqda və Polşa üzərində uçduqda onları vurmağa qərar verəcəyik. Bu, qətiyyən müzakirə mövzusu deyil”,- deyə baş nazir qətiyyətlə bildirib.
Xatırladaq ki, Rusiya qırıcılarının Polşa hava məkanını pozduğu iddia olunur. Eyni zamanda Rusiya, Estoniya hava məkanına müdaxilə ilə bağlı iddiaları yalan sayaraq gərginliyi qızışdırmaq məqsədli hesab edib.
Sentyabrın 9-dan 10-na keçən gecə 20-dən çox Rusiya pilotsuz təyyarəsinin Polşa hava məkanına daxil olduğu bildirilir.






