media-inshot_20251006_064609896

Çində keçirilən dron şousu faciəyə çevrilib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Hunan əyalətinin Liuyang şəhərində yerləşən Sky Teatrında keçirilən “Oktyabr: Çiçəklənən Çiçəklərin Səsi” adlı PUA şousu uğursuzluqla nəticələnib. Tədbir zamanı bir neçə pilotsuz uçuş aparatı (PUA) texniki nasazlıq səbəbindən idarəetmədən çıxaraq alovlanıb və tamaşaçıların üzərinə düşməyə başlayıblar.

Quruda və suda atəşfəşanlıqla müşayiət olunan 3D dron şousu əvvəlcə tamaşaçılar tərəfindən böyük maraqla izlənilsə də, qəfil alovlanma hadisəni dəhşətli mənzərəyə çevirib.

İlkin məlumata görə, insident zamanı xəsarət alan olmayıb. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib.

Sosial şəbəkələrdə yayılan videolarda göydən alov saçan dronların yerə düşdüyü, insanların isə qorxu içində ərazidən qaçdığı anlar əks olunub.

Liuyang Mədəniyyət və Turizm Bürosunun rəsmiləri bildirib ki, dronların nasazlığına və alovlanmasına səbəb qeyri-adi dərəcədə quru hava şəraiti olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər