Dünyaca məşhur brend "Vida endirimi" ilə bütün mağazalarını bağlayacaq
Dünyaca məşhur qadın geyimləri brendi “Prime” bütün mağazalarını bağlamaq qərarı verib.
Patrul.az xəbər verir ki, brend 23 dekabr tarixindən etibarən onlayn satış kanalları da daxil olmaqla, bütün fəaliyyətini dayandıracaq.
Şirkətin bağlanma səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mağazalar bağlanmazdan əvvəl məhsulların sürətli satışı məqsədilə “Vida Endirimi” adı altında 50 faiz endirim kampaniyasına start verilib. Endirim müddətində hədiyyə kartları və loyallıq ballarından istifadə ediləcəyi bildirilib.
Brend rəhbərliyinin açıqlamasına görə, Prime-in rəsmi veb-saytı və bütün fiziki mağazaları 23 dekabrda birdəfəlik bağlanacaq.
Brendin həmtəsisçisi Uesli Utus bu barədə “instagram” hesabında paylaşım edərək bildirib:
“Biznesimiz 23 dekabrda fəaliyyətini dayandıracaq. Bu gün Vida Endirimimiz başlayır: bütün məhsullara 50 faiz endirim tətbiq olunur. Alış-veriş etmək, xatirələri yenidən yaşamaq, hədiyyə kartları və loyallıq ballarından istifadə etmək üçün son fürsətdir”.
Qeyd edək ki, ilk mağazası Sankt-Peterburqda açılan Prime brendi 2010-cu ildə Mişel Henri və Uesli Utus tərəfindən “münasib qiymət” fəlsəfəsi ilə təsis edilib.
Gülbəniz Səfərova






